Şərh göndərin |
22.12.2009 14:14 |
|
Bu gün ki, azərbaycan ədəbiyyatı yaranırmı? Buna cavab tapmaq çox da asan iş deyi. Hamı yazır, hamısı da özünü şair, yazıçı adlandırır. Amma görəsən bu əsərlər sənət baxımından yararlıdırmı? Bu sual bir oxucu kimi həmişə məni narahat edir və düşündürür. Bəs mətbuatda çıxan səsərlə görəsən oxunurmu? Oxunursa oxucunu qane edirmi? Misal üçün götürək Akşin poeziyasını. Akşin ədəbiyyatımızda seçilən gənc şairlərdən biridir. Ona görə də onun “Aynurənin ümidsizliyi” şeirinə nəzər salaq.
Ümidlər daha çox adam şəklində yoxa çıxır,
Daha çox adam şəklində yoxa çıxır ümidlər
Qızların varlı adamlar üçün bəsləyən ailələrin qonşuluğunda
Şəkillərə ata deyən bir uşaq böyüyür
Əllərini arxasında gözlərini qarası.
Bu şeirlə şair nə demək istəyir sualın oxucu cavablandıra bilmir. Bəlkə də şair bu şeirdə oxucuya mühüm bir şey çatdirmaq istəyib. Amma onun da nəzərə almaq lazımdır ki, fikri Ezop dilində yox, daha aydın, daha dolğun çatdırmaq məqsədə uyğundur.Şairlər şeirlərində məna tapa bilməyəndə, fəlsəfi yazıram deyirlər. Bu həqiqətdi. Bəli bu gün hamı şeir yaza bilər, çünki şeirlərin nə qafiyəsi, nə ritimi, nə də mənası var.İnanın “dahi Akşin”in də şeirlərində bunları açıq-aydın görmək olur.
Oxucum mən əsla demirəm ki, sərbəs şeir yazmaq lazım deyil. Əgər sərbəst şeirdə fikrini dürüst çatdıra bilirsənsə bu gözəldir. Məsələn: N. Hikmət,V.V. Mayakovski, R. Rza, Əli Kərim,Ç. Əlioğlu kimi. Yoxsa bu gün özlərini şair adlandıran, bəzi “filosoflar” kimi yox.
Zaman dayanmır, öz axarı ilə gedir. Elm inkişaf edir, yeni-yeni texniki vasitələr yaranır, amma bu ədəbiyyatın inkişafına müsbət təsirini etdiyi qədər, mənfi təsirini də göstərir. Internet vasitəsi ilə ədəbiyyat bütün dünyaya inteqirasiya olunur və insanlar gün ərzində daha çox informasiya alır. Amma görəsən bu ədəbiyyat bu gün ki oxucuya, mənəvi cəhətdən nə verir? Kəmiyyətcə bu gün oxucu çox informasiya alsada, keyfiyyətcə bu çox aşağıdır.(gərəksiz maksimallıq yoxsa zəruri minumum?) Şəbəkə ədəbiyyatı termini yarnaması, yəni şəbəkə ədəbiyyatının formalaşması və oxucuları özünə cəlb etməsi, insanların bütün dünya ədəbiyyatından az-çox xəbərdar olması təqdirə layıqdi. Əgər hər bir oxucu öz intlektini hər an artıra bilirsə, bu olduqca gözəldir. Amma görəsən şəbəkə ədəbiyyatının nə qədəri insanlara fayıdalıdır...Müasir ədəbiyyat deyəndə insanın yadına erotik şeirlər, hekayələr, romanlar düşür. Hal-hazırda erotik əsərlər şəbəkə ədəbiyyatının ən çox oxunan növüdür. Bəs görəsən insanların gündəlik problemlərindən bəhs edən əsər niyə yazılmır? Hər addım başı dilənçi, hər addım başı qul bazarı olan bu dərdli şəhərin, acı dərdlərindən yazılan əsərlər niyə yoxdur? Bu gün erotik əsərlərlə insanları əyləndirən yazarlar, üzümü sizə tutub deyirəm zaman nə günəşdir, nə də ay. Günəş gündüz doğur, ay isə gecə, zaman isə dayanmır, həmişə öz kələ-kötür yoluyla gedir.
Bu kitabı vərəqləyəndə (Yaquar yerişli zaman.)Başqa bir şeir,Azad Yaşrın bir şeiri diqqətimi çəkdi.Şeirin adı “Gözlərin zinası”dır.Bu şeirdə(şeirin əvvəlində) Məhəmməd Peyğəmbərdən sitat gətirilmişdir.
Rəsuli-Əkrəm buyurmuşdur:
Gözlərin zinası-məhrəm olmayan qadınlara şəhvətlə baxmaqdır.Qəlbin zinas-zina təmənnası və arzusu duymaqdır.Hər cür zina günahdır.
Sonra isə L.N.tolstoyun Kazaklar povestindən sitat gətirmişdir.
-Günahdı?Bunun nəyi günahdır?..Yaraşıqlı qıza baxmaq günahdır?..Yoxsa onu sevmək günahdır?..Səni də,o qızı da o bir olan Allah yaradıb...Heç nə günah zad deyil.Elə adicə vəhşi heyvanlardan ibrət götür.(yeroşka dayının sözləri)
Sökdü.
Baxışlarla sökdü.
Acıgöz baxışlarla sökdü.
.........................................................
Yaz günü tumurcuqlayan salxı söyüdün
Sarı,tel-tel budaqları kimi zərif qızı
Yüzillik,nimdaş,qara-qartımış,
Üzü üzlər görmüş divar kimi
Çəkinmədən ,üşənmədən,
“Heç nə günah deyil”
Deyib əsil heyy-
vann kimi
sökdü.
Mənim fikrim hələ ki, bu şeirlə yaxud onun məzmunu ilə əlaqədar deyil.Sadəcə gətirilən ikinci sitatla əlaqədardır.Məyər insan heyvandan ibrət götürməlidir?Allah ağılı insana ona görə vribmi ki,heyvandan ibrət götürsün?
Mənə elə gəlir bu parçanın misal gətirilməsi yersizdi.Bəlkə də mən başa düşmürəm.Ola bilsin ki,şair(yazıçı),öz oxucusuna hər hansı bir fikri çatdırmaq istıyib.-Lap yaxşi.Amma bunu elə tərzdə etməlidi ki,bu fikir oxucuya çatsın.Axı bu kitabı təkcə fəsəfəçilər yox digər peşə sahibləri də oxuyur.Elə lap mənim kimi...
İkinci fikrim şeirin forması ilə bağlıdı.düzdü sərbəst şeir yazmaq olar.Əgər fikrini qafiyəli formada çatdıra bilmirsənsə yəni qafiyə səni çərçivəyə salırsa onda sərbəst yazmaq olar.Lakin heç olmasa ahəngdarlıq,ritm olmalıdır.Bunu da bacarmırsansa onda hekayə yaz,nəbilim məqalə yaz.., şeir yazıb özünü şair adlandırma.
|
|
|
|
Yeni xəbərlər
M.F.Dostoyevski, Aydın Talıbzadə, Üzeyir bəy Hacıbəyov, Umberto Eko, Orxan Pamuk, Nazim Hikmət, Nərgiz Cəlilova, Xaqani Haş, Ağalar Məmmədov: bir sözlə kreativ, polemik, intellektual, estetik materiallar məcmusu...
| Aydın Xan (Əbilov), kulturoloq: "Vizual Ruh haqqında Virtual düşüncələr"... "Himnin müəllifi Əhməd Cavad deyil?!" "Müəllifliyini təsdiq edən yazılı mənbə yox idi"... R.Əfəndiyeva: "KQB Asif Atadan boşanmağa məcbur e
| Niyazi Mehdi. Azərbaycan mentalitetində idealizm varmı? Ateizm və ateistlər haqda qısa məlumat... Niyə onlar ateizmi seçirlər?
| Əhməd bəy Ağaoğlunun gizlinləri... 50-dən artıq Azərbaycan ziyalısı dünyaya müraciət etdi... Tamaşaçını хоşbəхtcəsinə ağladan yeni il filmləri... Çeslav Miloş adına ədəbiyyat müsabiqəsinin qalibləri mükafatlandırıldı. 2011-ci ildə mədəni itkilərimiz
|
|